0
Yorum
1
Beğeni
5,0
Puan
378
Okunma
A qardaş gedibsə bizim ellərə
Mənim xəyalımladolan dağları
Qərib ürəyimlə qərib gözümlə
Salamlar açılıb solan dağları
Gör yerindədimi o qoca Şimdi
Yaxşısı yananı axır bilindi
Qorxaqlar üstündən yaman silindi
İgidlər ümüdünə qalan dağları
Gedibsən vətəni yenə görməyə
Göz yaşını qayalara tökməyə
Hər bulaqdan ovuç-ovuç içməyə
Kövrələ kövrələ dolan dağları
Mənsiz də açılır yazı dağların
Ağaç puçurlanır yiyəsiz bağların
Dolana dolana çıxın axtarın
Lay lay mən altında yatan dağları
Ürəyim istəyir görə kəndimi
Can verə qoyunda bilə dərdini
Çatır aşıqlara sazda kərəmi
Yandırdın örtəndə duman dağları
Mayoram həyatım Allaha qaldı
Fikirli xəyalım mənfi dumanlı
Şindi də yaylada şeirsiz qaldı
Şair Qəzənfərsiz qalan dağları
5.0
100% (1)