Kötülük etmeden pişman olmanın en iyi şekli, iyilik etmektir. bretonne
Anar Əhəd
Anar Əhəd

Islamın halı

Yorum

Islamın halı

( 5 kişi )

2

Yorum

5

Beğeni

4,8

Puan

1172

Okunma

Islamın halı

Islamın halı

Özünə Mehdi deyən.
Baxıram cismimə hər gün görürəm xeyli nişan.
Bu nişanlar ola bilməz ki, ola zənni güman.
Necə inkar eliyim, gözdə görür yoxdu yalan.
Ləkə reyhan xalımı köksümə çəkmiş Yaradan.
Bu xalım Mehdiliyin hissiyatın qoydu yaman.
Bu səbəbdən də gümannan yaşadım xeyli zaman.
Bir tərəfdən yuxular qəlbi sıxır, vermir aman.
Çıx zühur eylə deyir aləmə day qalma nihan.
Gecə yatdım yuxu gördüm mənə haqq oldu əyan.
Yuxudan bildiyimi bilməlidir cümlə cahan.

Eşid ey cümlə cahan vəd olunan Mehdi mənəm!
Məni seçmiş Yaradan vəd olunan Mehdi mənəm!

Şiə
Yenə hardan əsəcək üstümüzə isti külək?
Niyə susqun baxaraq daş ələmirsən ki, fələk?
Bu gicin söhbəti cinnətdi məni, tutdu ürək,
Çilə göydən başına daş kəsəyi biz də görək.
Mehdi min dörd yüz il əvvəl açaraq bağda çiçək.
Çəkilib qeybə bizi seyr eliyir, gəlmə kələk.
Üç yüz on üç nəfərin yox, çıxaraq ekrana tək,
Özünü yorma atam kim inanar, olma hələk.
Nə başın üstə bulud var, nə bulud üstə mələk,
Mehdisənsə buların olması mütləqdi gərək.

Geyinib əyninə şalvar, hanı əmmamə çuxa?
Nə qılıncın, nə atın var hanı əmmamə çuxa?

Sünni
Şiə qardaş nə coşursan dəli insanə görə?
Sən gərək səbr edəsən Rəbbinə, Rəhmanə görə.
O qədər Mehdi çıxıb, gərdişi - dövranə görə.
Can fəşanlıq eliyib şöhrət ilə şanə görə.
Buna baş qoşma yazıq xəstədi ad sanə görə.
Özünü Mehdi sayır bir ləkə reyhanə görə.
Belə insanların uydurduğu hədyanə görə,
Mən önəm verməmişəm, tərsdi müsəlmanə görə.
Gəl ki, biz fərqli inanc içrəyik imanə görə.
Ama qardaşlığımız baqidi Qur’anə görə.

Şiələr zənn eliyir Mehdi Irannan çıxacaq.
Çün deyib rəhbəri Qumnan, Xorasannan çıxacaq.

Şiə
Sən mənim rəhbərimin haqqına girdün avara?!
Mənə qardaş dediyin söz daş olub baş(u)vu yara.

Vəhabi
Bu nə qarğışdı edib pis eliyirsən bizi sən?
Səni aləm tanıyır şirk eliyən rafizisən.

Şiə
Səni kim təşrif edib ay Yezidin baş nəvəsi?
Xəbrin varmı ki, sənsən bu dinin üz ləkəsi?

Israil və Amerika
- Necədir fitnə, fəsad ? zəhmətimin bəhrəsidir.
- Yox əziz dost, bu bizim bəstəmizin nəğməsidir.
- Yox əşi yox, bu vəhabi bağımın meyvəsidir.
- Sünnü Türkdür, o bizim bağçamızın körpəsidir.
- Şiənin mollaları səhnəmizin pərdəsidir.
- Harda insan əzilir qollarımın qüvvəsidir.
- Qara günlər ki, çöküb əllərimin kölgəsidir.
Hələ gördükləriniz fitnəmizin zərrəsidir.
_ _ _ _ _
Zalimin zülmü üçün hər gecə Allah qınayan!
Bu ki, Qur’andan uzaq qalmağıvun səhnəsidir

Müəllif: Anar Əhəd

Paylaş:
5 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (5)

5.0

80% (4)

4.0

20% (1)

Islamın halı Şiirine Yorum Yap
Okuduğunuz Islamın halı şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Islamın halı şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
AZAP
AZAP, @azap
6.9.2018 18:27:15
5 puan verdi
harika duyarlılık içinde akan bu gönül sesini kutlar sevgiler sunarım...
E.F.M.E.YAZICI
E.F.M.E.YAZICI, @e-f-m-e-yazici
6.9.2018 16:53:45
4 puan verdi
Gönlünüze, ömrünüze, şiirlerinize bereketler yağsın, Din kardeşlerimiz gez zamanda uyansın inşa Allah.
Selam ve dualarda kalın.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL