Dilara Suleyman Çarıkçı
45 şiiri ve 7 yazısı kayıtlı Takip Et

Tarihin göz yaşı



O gecə müjdəli xəbər gəlmişdi.Təhlükəli , səksəkəli günlərdə həyat öz qanunlarını yerinə yetirirdi.Erməni təcavüzkarlarının qanlı fitnələrini durdurmağa gedən mərd oğullar şəhid olduqca , savaşa inad dünyaya körpələr gəlirdi .Xocalı başının üstünü alacaq faciədən hələ xəbərsiz idi.
Evdə böyük təlaş var idi.Şəhla xalamın gəlini Sevinc dünyaya körpə gətirirdi.Sancıları qəfil başlamışdı.Bu narahat günlərdə xəstəxanaya getmək istəməmişdi. Bacarıqlı ara həkimi Səriyyə xala əlind ə n gələni edirdi.Birdən qapı möhkəm döyüldü.Qadınlar təlaşla bir-birilərinin üzünə baxdılar.Həyətdə qışqırıq səsi gəlirdi.Sevinc qeyri ixtiyarı qarnını qucaqladı.Analıq hissləri hələ dünyaya gəlməmiş körpəsini qorumaq üçün səfərbər olmuşdu.Amma qapıda dayananlar içəri daxil olanda məsələ məlum oldu .Qışqıran qonşuluqda yaşayan Şəfa idi.O da ayının gününün içində idi.Ara həkimi burada olduğunu bilən ailəsi Şəfanı götürüb gəlmişdilər. Sevinc biraz ürəkləndi.Artıq tək deyildi.Biri-birilərinə mənəvi dəstək olacaqdılar.O gecə həyatlarının ən xoşbəxt gecəsi olacaqdı.Sevincin oğlu, Şəfanın qızı oldu.Körpələr dünyadan xəbərsiz gözlərini həyata açdılar.Onlar ilk mələk üzlü Səriyyə xalanın üzünü gördülər.Gənc analar sabahacan xəyallar qurdular.Sevincin oğlu artıq böyümüş, Bakıda ali təhsil alıb qayıtmışdı.Müəllim fəaliyyətinə başlayacağı gün Şəfanın su sonası qızı Sonanı görüb aşiq olacaqdı.Aralarında sevgi başlayacaqdı.Qaynanalar onlara bir gecədə necə dünyaya gəldiklərini ədayla danışacaqdılar.Azər qırmızı nişan şərfini Sonanın başına atacaqdı ki...... artmaqda olan güllə səsləri onların xəyallarını yarıda böldü.Bağırtı səsləri aləmi bürüdü.Güllə səsləri ,dəhşətdən qaçışan körpələrin bağırtısı,anaların fəryadı ərşə qalxmışdı.Yanan evlərin tüstüsündən hava cəhənnəm qoxuyurdu.Ermənilər bu qarışıqlıqda fürsət tapıb anasının qucağından çəkib aldıqları körpə qız uşağına təcavüz edirdilər.Sonra cansız bədənini təpikləyib həzz bağırtıları atırdılar.Bu gün vəhşiliyin yerdə və göydəki bütün varlıqları dəhşətə gətirdiyi gün idi.Qapını təpikləyib açaraq Sevinci və Şəfanı sürüyüb evdən çıxardılar.Ailə üzvlərini öldürmüşdülər.Həyatın anlamının itdiyi o an sadəcə var gücləri ilə bələkdəki körpələri qucaqlarında sıxıb öz həyatları bahasına qorumaq istəyirdilər.Alçaq erməni dığası Şəfanın üstünə benzin tökdü .Körpəsi ilə birlikdə yandırdı.Sevinc bu dəhşətin içində sanki daşa dönmüşdü.Onun körpəsini qucağından dartıb aldılar.Hərbi geyimdə murdar sifətli bir erməni bələyi açdı.Sevincin fəryadına və çırpınmasına baxmadan uşağın üstündə təcrübə aparacağını dedi.
-Bu Türklər dözümlü olur.Görək bu körpə neçə dəqiqəyə can verəcək-deyərək uşağın dərisini soymağa başladı.Sevincin ağlı başından çıxmışdı.Bu fələyin gördüyü ən acı mənzərə idi .Körpə var gücü ilə bağırırdı.Nəhayət uşaq,susdu .Alçaq təcavüzkar dəqiqələri sayırdı.Qəhqəhə ilə gülürdü.Bu ’xatirələr ’bir zamanlar yazacağı murdar əməllərin qeyd ediləcəyi kitabı üçün idi.Vəhşi heyvanların belə sahib olduğu mərhəmət hissinə sahib olmayan bu qansızlar tarixin ən faciəli qətliamını törətməkdə idilər.Körpəsini gözləri önündə öldürdükləri Sevincin gözlərini çıxardılar.Sevincin də körpəsi kimi gördüyü son görüntü murdar və rəzil sifətdəki iyrənc gülüş oldu.

Beğen

Dilara Suleyman Çarıkçı
Kayıt Tarihi:22 Mayıs 2019 Çarşamba 11:37:10

TARIHIN GÖZ YAŞı YAZISI'NA YORUM YAP
"Tarihin göz yaşı" başlıklı yazı ile ilgili
düşüncelerinizi ve eleştirilerinizi diğer okuyucular ile paylaşın.


YORUMLAR


Henüz yorum yapılmamış.

Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.