27.5.2019 03:37:11
Həyatın yolları dolam-dolamdı,
Uğurlar hamının nəsibi deyil.
Ən gözəl qismətin gəlsə qarşına,
Haqqın bir payı bil, önündə əyil.
Yaşayır insanlar, hərə bir cürə,
Kimini qəm boğur, kimini nəşə.
Kiminsə üzünə həyat gülərsə,
Eyləyər şadlığı, sevinci peşə.
Hər günün ömürdə bir izi qalar,
Bəzən yaxşılıq da bəxyəbəxt olar,
Zamandır hökmünü hamıya deyən.
Arzudur məqsədə çatmağın yolu,
Hər insan ürəyi istəklə dolu,
Təki heç olmaya düz yolu əyən.