Biz ancak bize hayran olanları can ve yürekten överiz. la rochefaucauld

Web Zaman Damgası



"İNSANOĞLU 💐💖 Layla" isimli şiir 22.5.2019 23:51:51 Edebiyatdefteri.com Web Zamanında
Edebiyatdefteri.com Sunucularına Yüklenmiş/Güncellenmiştir.
Edebiyatdefteri.com sunucularına yüklenen veya güncellenen şiirler web zaman damgası ile işaretlenir.
Web zaman damgası ile işaretlenen şiirleri sertifika zamanında yer alan bilgilere göre doğruluğunu taahhüt eder.
Detaylı Bilgi İçin Tıklayın.


Şiiri Görmek İçin Tıklayın

İNSANOĞLU 💐💖 Layla
22.5.2019 23:51:51
Dizinə daş dəyər yoldan bilərsən,
Saçına dən düşər,ildən bilərsən,
Adın dilə düşər eldən bilərsən,
Eybini özündə gəz insan oğlu.

Haqqın tapdalanar,dilin tutular,
Mənasız şənliklə başın qatılar,
Göz aç ,oyan desəm qaşın çatılar,
Onda məzlum yaşa,döz insan oğlu!

Şiri nər olarsan söz arxasında,
Pərdələr asılır göz arxasında,
Neçə üz var hələ üz arxasında,
Dərdin çox,çarəsi az,insan oğlu!

Yalan şüar olub,tərifsə adət,
Içində qəfəsi qırıb cihad et,
Haqqını dilənib tapma səadət,
Hayqır ədaləti,yaz,insan oğlu!

Dilini kəssələr əlin susmasın,
Canını yaxsalar,külün susmasın,
inamın yolunda dizin əsməsin
Qılıncdan kəskindir söz,insan oğlu!

     Layla

Düşmən yallı gedir Şuşa elimdə,
Sən ey dillənməyən qeyrətim layla!
Vətən dərdi şələlənib belimdə,
İtən , batan hünər, qüvvətim layla!

İrəvan elinin adın itirdik,
Çörəklə duzunun dadın itirdik,
Qoca, cavan, uşaq, qadın itirdik,
Ey özümdə itən hörmətim , layla!

Şəhid qanı axar , sayın itirdik,
Yad səslərdə yurd harayın itirdik,
Allah ,necə haqqı -payın itirdik?
Susduqca azalan heyrətim, layla!

Qoynunda bəsləmiş əfi ilanı,
Qulağımız adət etmiş yalanı,
Qalx ey Türkün oğlu , durdur talanı,
Uyurkən bilinməz qiymətim layla!

Necə dözüm yağı verən yanığa?
Tənə ağır gələn  dərddir  qanığa,
Söylə Dilarətək qəlbisınığa,
Ölsün çin olmasa niyyətim , layla!

Dilarə Süleyman Çarıkçı
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL