9.8.2018 15:26:32
Saxlayıram inci kimi,
Bu qəlbimdə, özümdəsən.
Can içində canım kimi,
Bir də şirin sözümdəsən.
Getsən gözdən ollam sərsəm,
Qərarım yox sənsiz bir dəm.
Xəyalındı mənə həmdəm,
Hara baxsam gözümdəsən.
Baxma indi qocalıram,
Mən sevgidən bac alıram.
Fərhad kimi güc alıram,
Təpərimdə, dizimdəsən.
Əflatunam, alışıram,
Məhəbbətlə oluşuram.
Gecə-gündüz çalışıram,
Hər açdığım izimdəsən.
08.08.2018.