1
Yorum
2
Beğeni
5,0
Puan
1509
Okunma
Gecə, başqa bir aləmdir
Gecə, mənim bəhanəmdir
Ürəyimi boşaltmağa
Sətir-sətir varaqlara
Gedirəm çox uzaqlara
Xəyalların ovucunda
Bilməm hara?!
Gecə, başqa bir aləmdir
Alir məni ağuşuna
Kədər kimi bir qoşuna düşmən edir
Tək başına.
Şikayətim yoxdu yenə,
Gecə, mənim şəhanəmdir.
Zülmət otaq,
Soyuq yataq,
Qonağımsa, yenə qəm’dir.
O sehirli çubuğunu gecə, nə olar mənə dəydir,
Uzaq olum dərdlərimdən.
Agah olma sirlərimdən
Danışmayım.
Ürəyimi gizli tutum.
Qoy bilməsin heç kəs mənim dərdlərimi
Mənə qalsin.
Qoy tanısın hamı məni xoşbəxt biri
Belə qalsın
Dəyişməsin insanların fikirleri
Mənə qarşı
Gecə, sənsən gözlərimdə görən yaşı
Gizli saxla!
Sen de ağla!
Bir dost kimi,
Təsəlli ver ürəyimə.
Yadda saxla!
Sirdaşım sən,
Yoldaşım sən.
Gecə, sən də vəfasızlıq edib birdən,
atıb məni getmiyəsən!?
Tək qalaram,
Çox dolaram,
Ağlayaram...
Duymaz mənim səsimi kimsə,
mən yanaram
İnan, sənsiz odlanaram ürəyimdən.
Gecə, anlayırsan sən məni?
Nə deyirsən?
söz verirsən?
Susma nə olar
bir cavab ver yoldaşına
Güvenimmi sənə hər an?
keçsə zaman...
Yenə mənlə dost qalarsan?
Görüşünə gəlməsəm mən darıxarsan?
Yoxsa, sən də dərdlərimdən usanarsan?
24.12.2014
Loğman Həsənoğlu
5.0
100% (1)