2
Yorum
2
Beğeni
5,0
Puan
1318
Okunma

Düşmüşəm mən özüm özümdən uzaq,
Şerimdən, nəğməmdən, sözümdən uzaq,
Özümdən aralı, gözümdən uzaq,
Özüm - özümçün darıxmışam mən.
Sönübdür qəlbimdə eşqinin odu,
Qalmayıb ömrümün mənası, dadı,
Neynirəm özgəni, neynirəm yadı,
O, məsud bizimçün darıxmışam mən.
Bəxtimi dərdləri yazana verdim,
İzimi yolunu azana verdim,
Qədrini bilmədim, xəzana verdim,
O, solan gülümçün darıxmışam mən.
Yerdən ayaq üzdüm, göydən əl üzdüm,
Dərdləri inci tək sinəmə düzdüm,
Yoruldum, usandım, canımdan bezdim,
Sadəcə ölümçün darıxmışam mən.
5.0
100% (2)