0
Yorum
1
Beğeni
0,0
Puan
1471
Okunma

Off… nələr çəkibdir başı bu yurdun,
Bədən kəsik-kəsik, can deşik-deşik.
Qapış-qupuş düşüb torpağım üstə,
Əldə qalanına Vətən demişik.
Qolumu vurublar əlimdən çıxıb,
Dağ olub bağrıma köçüb bu torpaq.
Arazdan o yana Arazla bitib,
Sətirdən sətirə keçib bu torpaq.
Düzərsək yanbayan ucsuz-bucaqsız,
Dörd yerə qatlasaq bir üzü gedib.
Minaya düşübdür bu yurd elə bil,
Bir əli, ayağı, bir gözü gedib.
Gör nələr çəkibdir başı bu yurdun,
Bədən kəsik-kəsik, can deşik-deşik.
Qapış-qupuş düşüb torpağım üstə,
Əldə qalanına Vətən demişik.