1
Yorum
4
Beğeni
5,0
Puan
66
Okunma
✳EHTİYACIM VAR ✳
Sevgi bağlarında gəzə bilmədim,
Nə olar sev məni ehtiyacım var.
Niyə aşıq oldum çözə bilmədim,
Nə olar sev məni ehtiyacım var.
Eşq alovu ürəyimi yaxmadan,
Gözlərimin yaşı bəndi yıxmadan.
Həsrətindən cavan canım çıxmadan,
Nə olar sev məni ehtiyacım var.
Sənsən Qarabağın gözəl maralı,
Sən yoxsan yanımda könlüm yaralı.
Yetər məndən artıx gəzmə aralı,
Nə olar sev məni ehtiyacım var.
*
Şair Aydın Tazegül’üm solmadan,
Ürəyimə hüzün kədər dolmadan.
Yaşaya bilmərəm sevdan olmadan.
Nə olar sev məni ehtiyacım var.
Şair Aydın Tazegül.
5.0
100% (2)