11
Yorum
25
Beğeni
5,0
Puan
691
Okunma
Bilmirəm..!
Diz çökmüşem gözüm qaraya baxır..
Bilmirəm bu başım dik duracax mı
Ürəyim burxulur içime axır..
Bilmirəm halımı, yar soracax mı..
Demirəm həsrətəm, bilir gülmürəm..
Bilmir ki nə haldı, niye gəlmirəm..
Əzrail dolanır, gənə ölmürəm..
Bilmirəm bu gecə qəlp vuracax mı..
Danışır ürəyim rəsminə səssiz
Yatıram tikanda, yatıram sənsiz
Yuxumnan qalxıram bir an nədənsiz..
Bilmirəm ürəyim boş duracax mı..
Başım açıx ayax yalın gedirəm
Mən qəribəm yalnızlığa qədirəm..
Həsrətliktə bilirəmki nadirəm..
Bilmirəm talehim şans qıracax mı..
15/3/23.. Hüseyin
5.0
100% (21)