0
Yorum
5
Beğeni
5,0
Puan
533
Okunma
KÜLƏKLƏ SÖHBƏT
Külək, əsən yellərinlə
Çırpma qəmini üzümə.
Yağış deyib göz yaşını
Çiləmə, gəl, üz – gözümə.
Qəmin qəmimə çatarmı?
Səndən də çiskinliyəm mən.
Əsirəmmi?
Coşurammı?
Bilsən, nə kədərliyəm mən.
Önümdə nə dağ, nə dəniz
Bir coşsam, dayana bilməz.
Sən qopardığın tufanlar
Yanımdan yel olub ötməz.
Mənim bu sükutum hara?
Bəs sənin coşmağın hara?
Kədərimdə boğulsam da,
Səs salmıram bu dünyaya.
Hansımız daha güclüyük?
Sən əsirsən, bitir qəmin.
Gülüşümün arxasında
Kədər lal kimi gizlənir.
5 may, 2019
5.0
100% (1)