0
Yorum
6
Beğeni
5,0
Puan
394
Okunma

Ürəyim bilirsən aşıq ceyranım
Səndən başqa mənim sevdiyim yoxdur
Əşqinə qurbanım sənə hayranım
Səndən başqa mənim sevdiyim yoxdur
Sevdiyim ürəyin gözəl olanda
Səni sevən özüm əşqi biləndə
Sənin əşqin ilə kədər dolanda
Səndən başqa mənim sevdiyim yoxdur
Məndən çox uzaqda hara gedirsən
Niyə ürəyimi sən məhv edirsən
Acı sözlər deyib kədər verirsən
Səndən başqa mənim sevdiyim yoxdur
Genceriyəm necə əşqin elindən
Sənə mahnı yazdım ürək dilindən
Sözümü deyirəm daşqın selindən
Səndən başqa mənim sevdiyim yoxdur
Şafak Gencer Onar (Genceri)
5.0
100% (2)