17
Yorum
36
Beğeni
5,0
Puan
1499
Okunma
Xaçonun xənçəli!
Dedilərki piyansan, sənə yan baxan yansın
Çıx küçəyə bə qardaş, yer yerinnən oynasın
Tax pişyovu göbəyə, görən Köroğlu sansın..
Qoy görənnər desinnər xaçonun xənçəli var..
At eliyi qulağa..bağır it pişik qorxsun
Xoruz yuxuyu neyler , bugünde erkən qalxsın
Bulut qarasın töksün..başıya papax taxsın
Qoy görənnər desinnər.. xaçonun xənçəli var
Yaxan bağrın aç güne, külək vursun sinənə
Qoy postanı bə qoçu, sənə quldur diyənə
Qravatı taxıpsan atlət üstə kime ne
Qoy görənnər desinnər xaçonun xənçəli var
Barmax üstündə yeri, boyun uzun görünsün
Kəçənnər kənar geçsin, bir daldada qorunsun
Ələ bir baxış at ki, ilan çiyan sürünsün
Qoy görənnər desinnər, xaçonun xənçəli var
Qurbağalar qorxudan su üstünə çıxmasın
Sənə baxan gözəl qız, özgəsinə baxmasın
Qaş qabağın bələ yıx, aslan ələ yıxmasın
Qoy görənnər desinnər, xaçonun xənçəli var
Boya ağarmış saçı, darağın gümüş olsun
Hacı yağıynan yıxan, qoxluyan heyran qalsın
İspanyol paça geyin, başmaxlarıyı silsin
Qoy görənnər desinnər, xaçonun xənçəli var..
Piyan olanda qardaş, dik yəri görən
Qorxsun
Çeşmə yanında dolan, dilbərlər sənə baxsın
Bəş numara baxış at, ürək tutuşsun yansın..
Qoy görənnər desinnər, xaçonun xənçəli var..
Qora qalsın han, hamam, sənin havan pitməsin
Cigarəti çək içə, duman boşa getməsin
Adıyı yaz xençələ, oğurranıp itməsin
Qoy görənnər desinnər, xaçonun xənçəli var
Bu dünyadan köçənnər, nə apardı nə goydu
Sənki bir nam bıraxıp, getsən bayramdı, toydu
Sən bəcara xaçosan, görki kim kimi soydu
Qoy görənnər desinnər, xaçonun xənçəli var
Deyillər gocalıpsan, xəncəl tutmurmus belin
Cıgara tabağına gücü çatmırmış əlin
Tökülüb inci tişin, eyilip sırma belin
Qoy görənnər desinnər, xaçonun xənçəli var
Dəyipsən dozəmmirəm, bu devran necə geçti
Annadımki bu həyat, bir yuxuydu bir heçti
Ağaran cavannıxdı, ne səkkəldi, nə saçtı
Qoy görənnər desinnər, xaçonun xənçəli var
Bir metrdən boyluca, gırx kilodan ağırdı
Çeketi çiynindəydi, arvadına bağırdı
Xaço xəstələnmişdi, ona hekim çağırdı
Həkim dedi desinnər, xaçonun xənçəli var
H. Işık. 16/11/21
5.0
100% (23)