0
Yorum
10
Beğeni
4,7
Puan
342
Okunma

Duz çörək kəsmişik dizimiz üstə
Xörək pişirmişik közümüz üstə
Hər gələn qonağa gözümüz üstə
Deyən bir millətin soyundan gəldik
Oğuzun, avşarın boyundan gəldik
Yuxumda görmüşdüm Nadir’ı taxda
Xetai’ni ərdəbil’də otaxda
O günü, o vaxdı, görüb bu vaxda
Yayan bir millətin soyundan gəldik
Oğuzun avşarın boyundan gəldik
Fuzuli miz vardır bad’ı saba’da
Yatar kərbəla’da A’li aba’da
Gözləri səmada könlü xuda’da
Ayan bir millətin soyundan gəldik
Oğuzun avşarın boyundan gəldik
Yoldaşa yoldaşıq qardaşa qardaş
Həmeşə olmuşuq sırdaşa sirdaş
Süfrəmizdə olsa bircə tikə aş
Doyan bir millətin soyundan gəldik
Oğuz’un avşar’ın boyundan gəldik
Yallımız var bizim toylarımızda
Oynuyar qızımız,oğlanımızda
Düşmənimizdə var hayranımızda
Bilən bir millətin soyundan gəldik
Oğuz’un avşar’ın boyundan gəldik
Çox uzzadıb dadın qaçırtma rahim
Milləti tarixə köçürtmə rahim
Diqqət et kimsəni incitmə rahim
Şahim İsmail in soyundan gəldik
Oğuz’un avşar’ın boyundan gəldik
Rahim Çetinkaya
rahim’i
5.0
67% (2)
4.0
33% (1)