10
Yorum
22
Beğeni
5,0
Puan
646
Okunma
Deyirəm özümü itirəm burda
Keçənnən xəbərim alasan mənim
Bir quzu kimiyəm, yem ollam qurda
Yanımda bir çoban qalasan mənim
Yarpax olam, ayax altı sürünəm
Ulduz olam gecə vaxtı görünəm
Xəyal olam yuxulara bürünəm
Adımı yadıya salasan mənim
Qoy qar olum, ataş olum nar olum
Sən bir hə də, əl içində xar olum
İstəməzsən özgə olum kör olum
Ağlıyır gözümü siləsən mənim
Taleh oldun, bir üzümə gülmədin
Gör necə kəçipdi illər gəlmədin
Cavannıxda qədir,qiymət bilmədin
Öləndə qədrimi biləsən mənim
H. Işık.
5.0
100% (15)