3
Yorum
0
Beğeni
0,0
Puan
1341
Okunma
Xor , xor…
Və xor–xor səsi şarkı kimi , zamanı sona vırmış gedir eləbil . Ərğə uca ritm ilə xor–xor xoruldayır . Yazıx azarlayıb deyə nə yeyir , nədə içir . Yatağında uzanmış kimsəsiz anlar keçirir . Qapısını dost və yağı unutmuş bilə . Hər bir saat , bir gün boyuncadı . Çünki öylə bir xəstəliyə duçar olub ki , çarasızdı . Əl–qol kilitlənib , qılaçalar işdən düşüb , gövdəsi taxta kimidi . Unudqanlıq baş–sız can oxşayır və qolaycasız bir parça ət ilə qan deyə soluq dərir .
O , kürəyi üstündə yatmış sayıqlayır . Gözləri evin çatısını seyir edir və özünə deyir :–
Hə , nə olsun ki doğuldum .
Hə , nə olsun ki yaşadım .
Hə , nə olusun ki ölürəm .
Bunun ilə dünya bitmədi ki , mənisizdə bu yaşam keçib–gedər .Öylə deyil mi !?
Bir an hiss edir , otağın boşluğunu bir parça bulut dolaşır . Bu nədir ?–özünə sorğu verir . Bu olaydan bir zad anlamayır . Ancaq çox dözüm ilə bir filim sezir sanki . Bulud iki yerə bölünür və yavaşca otağın dibinə sarı . Bu anda buludların içindən iki qadın çıxır və hər birinin qoltuğunda bir dəftər .
Bu mələklərin ayaqlarında dikdaban başmaq masmavi , şalvar yerinə geydikləri dizlik masmavi və çiyinlərində ki şal masmavi . Ərğə düşünür ki , bu xanımlar azarladığım için görüşümə gəlimişlər . Ama iş tərsinə oldu . Onlar , Ərğənın sağ və sol yanında ələşirlər . Insan sevərlikləri və ipəksu davranışları yerlı yerindədi . Ərğə qonaqlarına xoş gəldiz deyir . Sağ yanında ki mələk :–
Xəstə olduğunu bilirik ,
Görüşsiz qaldığını bilirik ,
Unudulmuş olduğunu bilirik ,
Bu dünyada sənı adam yerinə saymayırlar , onuda bilirik .
Elə ona görə görüşünə gəldik və birazca paylaşıb gedərik . Öncə deyim ki biz , ulu tanrının mələkləriyik . Mənim adım savab mələyidi , sağ yanında oturmuşam . Dostumun adı suç mələyıdi , sol yanında oturub . Əlimizdə ki dəftərlər yaxşı ilə pıs işlərın arşividi . İndi ömrünün son anlarını
keçirirsən deyə hər iki dəftərin son varağına qol atmalısan !
Ərğə susur və qorxudan şalvarını batırır . Ölüm yaxınlaşır deyə :–
Bağışlayın , gətirdiyiz dəftərləri mənə verəcəksiz mi ?
Savabçı mələk çox yumuşaqcasına :–
Məndə ki dəftərə heç nə yazılmayıb , varaqlar olduğu kimi boşdi . Bu günə qədər bir olumlu iş görmədin kiiiii !!!
Bu anda suç mələyi rahatsizca :–
Ərğə Bəy , işlətdiyin suçların nə ucu , nədə bucağı var . Sanki bir yazı qalağıdı , nə yerə , nədə göyə sığır . Ay evin yıxılsın , ay tufanın dağılsın . Bu qədər üzü qaralıq olar mi !?
Ərğə Bəy , necə yanıt verəcəyini bilməyir və gücünü bir yerə toplayaraq :–
Eşidiyimə görə adam öləndən sonra böylə konu üzrə iş gedər . Mən ki ölməmişəm !?
Savab mələyi gülümsəyərək :–
Doğrudu , sən çoxdandı can üstündəsən deyə Əzrayil yoldadı . Ancaq öz olanağıma söykənib , ulu tanrıdan zaman alaram . Yeni həyata qayıtmaq için , bu qarıncanı bir hədiyə kimi , sənə bağışlayıram . Bax , bu bir son olanaqdı , verilir haaaav !!!
Mələklər buludlaşır və geri dönürlər .
Ərğə bu olayı , sərsəm dünyasında bir sayıqlama kimi yozur . Bu anda qarınca :–
Təbrizlilərin ağzında bir söz saqız kimidi . Başqası haqqında bir söz deməmiş , o kətdidi deyərlər . Bu sözün , nə anlam daşıdığını bilirsən mi !?
Ərğə bir az fikirləşərək :– Bu sözləri çox eşitdim , ama özəl anlam daşıdığını bilməyirəm !
Qulaq assss . Bir çoxları kətdi ilə kəndçi sözünü bir sözcük deyə düşünürlər . Bildiyimiz kimi kəndçi yaşadığı kənddə topraq ilə uğraşır və mal–davar becərir . Ancaq kətdci şəhərdə yaşar , onlar Atasağın , məhəndis , padşah , vəkil və yatırımçı ola bilirlər . Bu görəvilər qoltuğunda oturmuşlar , özlərini buğda bazarında görən kimi , üz vermə kətdidi deyərlər . Yani kültürsiz adamdı , indi anladın mi !?
Burasını düşünmədim ki !
Elə düşünmədiyin için bu günə düşmüsən !
Ərğə Bəyin kiprikləri tərpənir , gözləri açılır və yaşama başqa göz ilə baxır .
Sayın qarınca , öyüd nə deməkdir !?
Öyüd başqasını yönəltmək deməkdir . Özünü buğda bazarında görənlər işi , öyüd verməkdir . Yersiz xoruz kimi banlamaq peşələridi . Belənci adamlar gündə bir hava çalır və düşüncə dəngəsizliyi kədtci düşüncəsi sərgilər !
Onda öyüd yerinə ?
Qolayca yeni düşüncə ortaya qoymaq !
Anladın mi ?
Anladım !
Bu an Ərğə Bəyin unudqanlıq xəstəliyi sağalır deyə keçmiş anıları göz önünə gətirir .
Sayın qarınca ələşdiri nə deməkdir ?
Bir insan ortalığa atdığı bir fikiri xırdalamaq deməkdir . Bir söyləmin gözəl və pis yanlarını açıqlamaq deməkdir . Ama ələşdirici öylə ələşdirməlidir ki , öz ələşdirdiyi , ələşdirilməsin deyə düşünməlidir . Çünki kədtilər , ələşdirici konusunu düşmənçilik kimi xırdalar !
Qandın mi ?
Qandım !
Bu zaman , Ərğə Bəyin gövdə damarları işə düşür . Boynu–buxunu yumuşalır və öz sağlığına qayıdır .
Sayən qarınca inanc ilə idiyoloji nə deməkdir ?
Öncə inanc sözünü açıqlayım . İnanc düşüncə dizgəsinin ETMƏK qaynağıdır . Yənı inancısız birisi , qanadsız quşdi sankısız . İnancısız adam dirəniş–siz və dircəliş–siz gün keçirər . İnanmışlar isə bilməlidir ki , öz inancından olum–siz qullanmaq başqasına zərər verəck bir nədən kimidi . Ama
İdiyolojı , inancdan daha təhlükəlidi . Hər bir İdiyoloji özü ilə yasalar gətirir . Ulusun istədiyi vəya istəmədiyi an zora söykənir . İdioloji yaşam qaydalarına yanıt verəməzsə , insan kölələşdirmə amacı daşıyar . Buna görəki ,
İnsan dəyərinə ,
İnsan bireyinə ,
İnsan görüşünə ,
İnsan özgürlüyünə ,
Yol açan düşüncələrə qənim kəsilir . Zaman boyu İdiyoloji çərçivəsində yoğrulmuşlar , gerçək diktator tanrılarıdırlar . Çünki birey görüş önündə güc–sız və çarasızdırlar . Onların baqqalından başlamış , padşahlarina qədər , özgürlük yağısıdırlar . Buna görə ki , İgyoloji köləsidirlər !
Başa düşdün mi !?
Başa düdüm !
Bu an Ərğə Bəyin büsbütün azarlığı sona çatır . Bir sağalm insan kimi yaşamına qayıdır . O yataqdan qalxır və qarınca dostunu bağrına basır .
Birdən evi bulud bürüyür və savab mələyi qoltuğunda dəftər , Ərğənin önündə dayanıb :–
Qoltuğumda ki dəftər başdan–başa , savab ilə yazılmış , altına imza atın lütfən !
Nə iş gördüm ki , sevgili savab mələyi !?
Öyrənmək ən böyük savabdir deyə Əzrayil sənə doğru gəlməyəcək . Ancaq Əzrayil kimilərin
Ağıda–qarasida ,
Demokratıda–diktatoruda ,
İlandan zəhərlidirlər . Zaman bulan ləhzə , çalacaq deyə zill , zill . Yəni diqqət !!!
M. Ərğəvan
06/08/2009