5
Yorum
0
Beğeni
0,0
Puan
1502
Okunma
Düşüncəsiz
Və bilimsiz
Yaşam yükünü çəksən
Sankısız kimlərə qatır kimisən
Heç olmazsa bilməlisən
Nəçisən
Kimsən
Öz həyatın için
Dedi Ərğəvan
Ərğə muəllim ona-buna sataşmaqdan yoruldı . Parlament qazetni yaymaq istəmədi . Küçələrdə sürünməkdən boğaza yığıldı və öz yazılarından bilə , acığı gəlirdi .
Düşünrki ,
Yetər artıq , boş yerə çilə çəkmək ,
Yetər artıq , yerli-yersiz sataşmalar ,
Yetər artıq , ələştiri konular yazmaq ,
Adamda həya olar deyib , otağını obaş , bu baş edir . Marglı budur ki :-
Küçədə gedirəm , Ərğədi bu ,
Yemək evinə gedirəm , Ərğədi bu ,
Hər hansı yuvaya baş çəkirəm , Ərğədi bu .
Bunlar bir yana qalsın , iş yerinə gələn Həsən qulu , Məmməd qulu , Huseynqulu kimilərin əlində qalmışam . Gəlib qulağıma pıçıldayırlar ki , Ərğə bu yüzlük senin . Sən allah məni qazetində işiqlandir , məni birazca böyüt . Bu heyvərələrin əlində hara gedim . Qapıdan bayıra salaram , ancaq quyruqlar yuxarılardadı . Ən yaxşısı muhabirliyi buraxım . Onda nə iş görüm ?
Ərğə çox düşündükdən sonra , çıxış yolunu tapır və özünə deyir :-
-Məndə böyümək istəyirəm . Ən gözəli bilim ilə uğraşım və professor olum . Ancaq öylə bir araşdırma aparım ki , mal-davar zərər görməsin . Hansı akademiyada işə başlayım deyə fikirləşir . Və böylə sonuc alır .
Azərbaycan Bilimlər Akademiyasında işə başlayım . Çünki Avrupadan , Afrikadan professorluq için , Bakını hər yerdən üstün tuturlar . Məncə Berlin ilə Paris akademiyaları dünyada tanınmış bilim ocaqlarıdı . Onlardan vaz keçib , azərbaycan akademiyasında bilim işi yazmaq çatışmazlıq kimidi . Burda nəsə var !?-Bir çox tanıdığım , örnək olaraq :-
Baqqal Umid professor ,
Naqqal İbo Döktür ,
Cin Cəfər gerçək akademiklər birliyinin üyəsi . Bunlar avrupadan gəlir Bakıda iki həftənın içində yüksək bilim yiyəsi olurlar . Mənim nəyim əkikdi ki , professor olmayım . Ərğə muəllim dedi .
O , sözcüklərin doğuluşu haqqında professorluq işinə başlayır və Əlyazmalar Biliyurduna gedir . Leyla adlı bir işci ilə üzləşərək :-
Prived Ərğə muəllim . Söyləş için gəldin mi ?
Yox !- professor olmaq için gəldim və bilim işi yazacam !
Bravo !
Araşdırma izini verərsiz mi ?
Xaraşo , xaraşo !-Mamedovic burdadı . Bir telefun açım sonra !
İzdirazviti Mamedovic , Ərğə muəllim bura gəlib !
Verliş için mi ?
Yox , araşdırma izini istəyir !
Bu gün məşğul olsun !
Sizin yazılı icazəniz olmalıdı !
Azz , başıma oyun açmamış burax işini görsün . Arayış hazırlamaq vaxtı deyil bu gün !
Ərğə muəllim arşivlər otağına gedir və əlyazama rəflərinə bir baxış . O dilabi , bu dilabı açır , bir zad bulmayır . Silib-süpürülüb sanki . Qan beyninə daşlanır və Leyla xanımın yanına dönərək :-
Ay balam , əlyazmalar yoxa çıxıbki !
Yaniznayu Ərğə mullim , yaniznayu !
Bunların yüsək səsini eşidən Mamedovic , Otağa gəlib :-
Ayıb doyul mu , noş belə nöş , belə bağırız !?
Leyla xanım əsərək :-
Yaniznayu Mamedovic , dəlidi ki bu !
Ərğə muəllim nə olub ?
İş için arşıvləri aramaq istədim , bir zad yoxdi !?
Nə olmalıdı ki !?-Elmi işin movzusu nədir ?
Sözcüklərin doğuşu !
Necə yanı sözcüklərin doğuşu . Azəricə de başa düşüm !?
Kəlmələrin yaranma səbəi kimi bir şey !
İndi bildim , Ərğə muəllim . Sən özgəsi deyilsən , bu mövzu bardəd bir şey burda tapılmaz !
Nə gəlib bu əlyazmaların başına !???
Çürüyüb məhv olmasın deyə xaricə göndərilib . Ancaq kimsə bilməsin , bir mövzu olaraq aramızda qalsın . İstərsən Berlin və Parıs kitabxanalarına baş vır deyib , Mamedovic gedir . Bu anda Leyla xanım :-
Ərğə muəllim məndən incimə ki , yati biya lub lub , penimayu !!!
O , yanıt vermədən əlyazmalar biliyurdundan çıxır . Avrupa için olanaq arayır . Bir boynu yoğun ilə boylə :-
Habilovic yoldaş , rəhbər vəzifələrdə işləmisən . Mənə yardımcı olardın mi ?
Ərğə muəllim , sən qaztində məni böyütdün . Bir daha haqqımda musbət məənada məqalə yazarsan . Az çox təəriflərsən . Əvəzində urəyindən keçəni yerinə yetirərm !
İki həftəlik avrupaya gedəsiyəm !
Heçdə sıxılma ki , xərc məxaricini verərəm . Ayraporta aparıb , lab Samaliyota mindirərəm !
Onalar bir araya gəldikdən sonra , Habilovic Ərğəni avrupaya göndərir . O , üç gün Parisin kitab evlərini dolaşır . Ancaq bir zad bulamayır və Berlin kitab evində bir Güneylı professor ilə tanış olur . Ondan yardım diləyir . Bakı Bilimlər Akademiyasında proffessr olmuş soydaşımız deyir :-
Ərğə muəllim , özünü heç yorma . Lütfən necə gəlibsən , elədə dön geri !
Nə olub ki !???
Aramızda qalsın , Güney ilə Quzey professorları birləşib . Əəlyazmalar biliyurdunun önəmli kitablarını , Erməni qardaşlarımıza satıblar . Yaxşıca pul qazanıblar , ama heç kimə demə haaa !!!
Ərğə muəllim mat qalaraq :-
Keşgə almanlılara sataydılar , gərəkli an faydalanrdiq .
O , suyu süzülmüş Bakıya dönür . Bir neçə il bilim işinin ardını tutur və son seminarı için çıxış edirək :-
Mövzu yerinə konu ,
Doktur yerinə atasağın ,
Dərman yerinə em ,
Mənnbə yerinə qaynaq ,
Və kəlmə yerinə soz işlətmək düzdür deyə səs vermə toplantısında Ziya Bunyadov dinləyir . Ərğə deyir :-
Bir çox araşdırma apardım , kəndləri və şəhərləi dolaşdım . İnsanların ağzından çıxan sözcükləri , bir yerə topladım . Bir çox sözcüklər ağızlarda gərəksiz işlənilir. Bir daha örnək olaraq :-
Mövzu yerinə konu ,
Döktör yerinə atasağın ,
Bu anda Ziya Bünyadov onun sözünü kəsib :-
Bu kəlmələr ki deyirsən , çoxdandı zibilqabıya atılıb , arxaik kəlmələrdi . Qəşəng Azəri dilimiz var və illər boyu zəhmət çəkib , dil formalaşdırmışq . Bu iş elmi iş deyil hörmətlı alımlər !
Ərğə muəllim yanit verərək :-
Zaiya muəllim bu sözcükləri özümdən çıxartmadım . Kənd və şəhər insanlarının danışdığı sözlərdi !
Ziya məllim qızaraq :-
Bura elmılər akademiyasıdı , anlamzın biri . Səncə bilmirəm , Ordubadan atıla-atıla gəlib , bizə elm öyrədirsən !-Dur çıx eşıyə , qoduq oğlu qoduq !!!
Alimlər susub və bir çoxu tir-tir əsir kimi . Ərğə muəllim bilim toplantısından bayıra doğru və qanşar salona gedir . Ağ saqqal danışığında bacarmayır haaa . Nə yaxşı Yeraz deyiləm , ata anamada Erməni edib , yola salardı deyir .
Bu anda bir bilim adamı ona yanaşıb :-
Ərğə səndən bilimi adadı çıxmaz . Əlin cibinə getsin , bir professorluq işi yazım !
Dəyəri ?
Avrupadan gəlmişlərə min , sənə beş yüz !
Ərğə susur və burda nəsəvar sözünün , sonucunu tapır . Azca fikirləşir və
araşdırdığı bilim işini çöplüyə ataraq :-
Azərbaycan dükanlarını dolaşdım , iki doğma söz gördüm Oda bu :-
TƏNDİR ÇÖRƏYİ !!!
M. Ərğəvan
30/07/2009
s-p
Bakıda yaşadığım zaman , bir çox dəyərli və şərəfli bilim adamlarının seminarlarından faydalandım . Daha doğrusu , M-Rəsulzadə biliyurdunda eyetim aldığım anılaraı unudan deyiləm . Akademiyada bilim işi ilə uğraşdığım illərdə bilə , çox saylı yüksək səviyli akdemiklərin toplantılarına qatıldım . Indi hər harda olsamda , onların varlığına qurur duyuram və əllərindən öpürəm . Ancaq meşə çaqqalsız olmaz , demiş atalar !