4
Yorum
0
Beğeni
0,0
Puan
726
Okunma
Altun hekayƏlƏr evİ/ 13--AYAQ QABI QUTUSUNDAKİ BƏBƏK
Hər kəs bir yerdə ,
Ət dövən kimidi dərdə .
Və yaşam için ,
Bir zadlar alır--satır .
Məndə söz alıb , söz satıram ,
Ancaq parasız .
Ürəyim işgəncələrə , bu gün qatlanmış bir siz ,
Çünki bura həmədan .
Güney Azərbaycan .
Və ayaq qabı qutusunda , gülür bir günlük bəbək .
Cocuqlar dünyası böylə olurmuş demək .
Və dəhşət...
Deyir Ərğəvan .
Bura ana küçə , ağaclar dibində oturmuşlar . Yaşlılar ömür rumanını varaqlayır bir--bir .
Və onlardan kimsə sormazki , dərdin nədir .
Və gənclər iş için heroyin , həşiş və tiryak alır--satır özgür .
və böylə cür ,
keçir gün , kimsə kimsədən sormayır hesab .
Bu işlərdə yox suç , bəlkə sayılır bir savab .
Çünki bura Həmədan .
Güney Azərbaycan .
Və ayaq qabı qutusunda gülür bir günlük bəbək .
Cocuqlar dünyası böylə olurmuş demək .
Və dəhşət ...
Mən bir muhabir , küçələri dolaşıram . Söz arayırm soz və konusu parçalsin daş ürkləri deyə ,
--Adin nədir ?
--Həsən !
--İşin nədir ?
--Tiryak alıb , satıram !
--Suc deyilimi bu ?
--Yox !
--Nədən ?
--Dinimizdə yox böylə bir yasa !
--Adın nədir ?
--Fatma !
--İşin nədir ?
--Heroyın alıb , satma !
--Suc deyilmi ?
--Yox çara və yeməyə gərəkir para . Üç cocuq anasıyam , böylədi Həmədan !
--Ərin yoxmı?
--Öldü savşda və bizdə qaldıq öz başına burda . Və bil kimsə baxmayır göz yaşına , bu dyarda !
--Nə için
Çünki bura Həmədan .
Güney Azərbaycan .
Və ayaq qabı qutunsunda gülür , bir günlük bəbək .
Cocuqlar dunyası böylə olurmuş demək .
Və dəhşət...
--Adın nədir ?
--Qədir !
--İşin nədir ?
--Həşiş tacirı !
--Bu işdə para varmı ?
--Bu kücəyə hər gün , bir ton həşiş gəlir və gedir !
--İşindən razısanmı ?
--Şükkur allaha . Ama hamısı mənim deyil , paylaşıram hacı ağalar ilə !
--Onlar kim ?
--Bizə yol göstərənlər və bizi dar başına göndərənlər !
--Böylə yaramaz işlər nə için ?
--Yox çıxış yolu , yağmayır göydən yaşamaq pulu !
Çünki bura Həmədan .
Güney Azərbaycan .
Və ayaq qabı qutusunda gülür , bir günlük bəbək .
Cocüqlar dünyası , böylə olurmuş demək .
Və dəhşət...
Bura adsız bir küçə yaramazlar ilə yoxsullara və tanıq olduğum dəhşətlərin birdi bu danışıq .
--Adın nədir ?
--Abbas !
--Nə olub burda ?
--Baş verib bir möcüzə və böylə möcüzələr hər gün sərgilənir bizə !
--Açıqlarmısan ?
--İllər boyu cocuq həsrətində yandım , bir neçə qadın aldım , buşadım bir bəbək için . Tanrı verdi bir pay mənə . Qadınım oldu bolyu , apardım xəstə evinə . Və bir neçə saat gözlədim , sevinə sevinə . Deyirdim qızdımı , oğlandımı . Bu an gəlirdi bir xəstə bacısı mənə sarı . Və əlində bir ayaq qabı qutusu ilə dedi :--
--Abbas sənmisən ?
--Hə mənəm !
--Gözün aydın oğlun olub !
--Sevindim və öpdüm üzündən . Ancaq həyəcan yağırdı gözlərindən . Əlləri əsmə içində:--
--Abbas əmi ?
--Hə !
--Həkim dedi bəbək ölüb. Bu ayaq qabı qutusundaki gözlədiyin demək !
Qırıldı belim , qurudu əlim .
Hardadi anası ?
--Gözlə gəlir indi !
Qollarım üstündə ayaq qabı qutusu , gəlir asta--asta əzabların anası . Bir söz demədən sel kimi çilənir gözlərin yaşı . Biz dönürük evimizə , qonsular soraq tutunca , gəlirlər bizə sıra ilə .
Oxunsun fatihe deyə gərəkməyir , bir hacı molla . Yuyub kəfənləmək için , açıram ayaq qabı qutusunu və qutu içində pırıl--pırıl gülür bir günlük bəbək !
Çünki bura Həmədan .
Göney Azərbaycan .
Ayaq qabı qutusunda gülür bir günlük bəbək .
və cocuqlar dünyası böylə olurmuş demək .
Və dəhşət...
--Böylə cinayətlər çox olurumu Abbas ?
--Bir deyil !!!
--İki deyil !!!
--Beş deyil
Və saysız !!!
M--Əğəvan