1
Yorum
2
Beğeni
0,0
Puan
728
Okunma

RİNİ VALENTİNA
RİNİ VALENTİNA
Çağdaş İndoneziya şairi.
MÜMKÜN
Zirvəyə gedən səssiz yol,
Yadıma sal,
Xəyallarımızın tarlalarında
Köhnə şam yarpaqlarına bürünüb
Gözlə görüləcək qədər uzağa yuvarlanmağı.
Bir anlıq uzun bir hekayə danış,
Hansı ki,
məyus edər zamanı, çağı.
Məni o şıltaq gülüşlə tanış elə,
Gözünü qırpmaqdan qoruyar bəlkə
Çiyinlərindən aşağı tökülən
toza meydan oxuyanda
Ağrılı bir küncdə
Şeh damcıları.
Bəlkə yoxluğun həsrətin sahilini doğrayır
Belini qucaqlamağı unudanda
mənim əlim...
Yogyakarta 12 mart 2023 (23:19)
Azərbaycan dilinə tərcümə edən: Təranə Turan Rəhimli