Bilməzsən
Bilməzsən
Hörmət,ləyaqəti olmayan kəsə Salam da verilməz!Niyə?Bilməzsən. Səndən üz çevirib uzaq gedərlər, Eyham,işarətlər nəyə?Bilməzsən. Daldada,bucaqda min söz söylədin, Mərdi qova-qova namərd eylədin, Seyid barmağıyla ilan ovladın, Gədasan,üzə söz deyə bilməzsən. Üsuli-idarən fitnə-fəsaddır, "Kadron" çox piyada,başdan kasaddır, "İki vur iki dörd",böyük savaddır?, Ulaq,qatır deyil,döyə bilməzsən! İşçini özünə bir alət gördün, Feyli-riya əkdin,rəzalət dərdin, İtlərə ot qoydun,ata ət verdin, Tülküsən bu işi guya bilməzsən. Səhli-Sımbat,İbni-Bəis olmusan, Ərlikdən uzaqsan dəyyus olmusan, Çox kişi çörəynə bais olmusan, Ərdəmlik bir mərdlik,ayə,...bilməzsən! Söyüdsən öküzə samı olarsan, Əyri çəlik kimi maca yarasan, Elli dəmir-polad et nə bacarsan, Bakırsan poladı əyə bilməzsən. |
Kalemin daim olsun
__________________________________Selamlar