KimiBu gün atam - Aşıq Cəlal (Mehdiyev) Bilaloğlunun doğum günüdür - 75 yaşı oldu. Atama canımı verməyə hazıram, onu çox sevirəm. Və bir şeirini diqqətinizə çatdırıram: Kimi Hər üzə gülənə dost demək olmaz, Arayıb qəlbini bilənə kimi. Üzünə güləcək, yaltaqlanacaq, Cibində olanı silənə kimi. Səmimi dost kimi cəhd eyləyəcək, Şərabdan içirdib, məst eyləyəcək, Sonda yorğanına qəsd eyləyəcək, Ayılıb özünə gələnə kimi. “Kişiyəm” deyəni tanı elində, Aldanma namərdin fitnə-felində, Yox Aşıq Cəlalın yalan dilində, Dosta xain çıxmaz ölənə kimi. Aşıq Cəlal Bilaloğlu |
huzur mutluluk dolu yıllar