Sev
Özünü sev.......
Ayna önündə durub , sənə baxan üzünü sev, Özgə çoxundan sənə nə? Sənin olan azını sev! Çətində yorulma,bezmə, Cismindəki canı üzmə, Baxtini uzaqda gəzmə Alnındakı yazını sev! Yorulanda dizini sev, Ağlayanda gözünü sev.. Yad süfrələr minnətlidi Süfrəndəki duzunu sev. İnsan tanınar diliylə, Yola getməz boş doluyla, Getmə kimsənin yoluyla Öz açdığın izini sev! Öncə qəlb aynasına bax, Ondan sonra üzünə bax, Əvvəlcə anasına bax Sonra gedib qızını sev! Çox olar badalaq vuran, Axmaqdır yada sirr verən, Demirəm ki ,məndən öyrən, Sən yenə öz sözünü sev! Güvən özünə,sadə ol! Nə göydə ol,nə yerdə ol! Qəlbdə ol ki ,hər yerdə ol! Əyri otur,düzünü sev! Kimsəni özün tək sanma, Aldatma ,sən də aldanma, Heç birinədə inanma, İnsan deyib yüzünü sev. Dilarə Süleyman |
Çok iyi bir konu ve harika bir anlatım…
Canı gönülden kutlarım...
....................................Saygı ve selamlar.