MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

DÜNYANI TƏZƏDƏN YARAT AY ALLAH
eflatun.kesheli

DÜNYANI TƏZƏDƏN YARAT AY ALLAH


Dünya çalxalanýr qəm çanaðýnda,
Ýnsanlar itirib yolunu Allah.
Günahkar üzündən günahsýzlar da
Tapammýr saðýný-solunu Allah.

Nəmrudun taxtýný devirən əsgər
Korona adýyla tutub dünyaný.
Ýndiki harýnlar daha betərdi,
Sənin gücün üstə güc olan haný?

Adil hökmüransan, ədalət eylə,
Haqlýný, haqsýzý özün seç Allah.
Þəddadýn, Fironun bəd əməlinin
Demirəm üstündən indi keç Allah.

Görsün yol azanlar yolunu indi,
Qorxu nə deməkdir, dərd nə deməkdir.
Dünyaný ucuza satan axmaqlar,
Bilsin namərd nədir, mərd nə deməkdir.

Keçmiþ zamanlardan indi çətindir,
Babalar nə çəkib, yaxþý bilirik.
Birə min çoxalýb qəlbi qaralar,
Dərddən toxum əkib, yaxþý bilirik.

Zülm ərþə dayanar sən "dur" deməsən,
Þeytan qan qusdurar bəþərə vallah.
Biz aciz bəndəyik, sən kərəm eylə,
Çəpər ol fitnəyə, bu þərə, Allah.

Məzluma zülm edən əli qanlýlar
Kiçik bir virusdan necə əsirlər.
Qorxudan sýðýnýb öz qýnlarýna,
Qapayýb sərhəddi, yolu kəsirlər.

Virusdur, mikrobdur bu qaniçənlər,
Bəþərin köksündən qýr at, ay Allah.
Öldür viruslarý, bu mikroblarý,
Dünyaný təzədən yarat ay Allah.
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.