MENÃœLER

Anasayfa

Åžiirler

Yazılar

Forum

Nedir?

Kitap

Bi Cümle

Ä°letiÅŸim

O ZAMAN YAŞAMAQ GÖZƏL OLACAQ
eflatun.kesheli

O ZAMAN YAŞAMAQ GÖZƏL OLACAQ


Buraxýb dünyanýn keþməkeþini,
Bacar, məhəbbətlə qur hər iþini,
Qoru fitnələrdən sən öz baþýný.
Gözün bu dünyadan bir kam alacaq,
O zaman yaþamaq gözəl olacaq.

Özün öz gücünə arxayýn olsan,
Haqqýn qüdrətinə bir nəzər salsan,
Gözəllik eþqinə həvəsə dolsan,
Ýlahi qəlbinə sürur salacaq,
O zaman yaþamaq gözəl olacaq.

Hər gələn sabahdan dad ala bilsən,
Soyuq ürəklərə od ola bilsən,
Namərd qurðusuna yad ola bilsən,
Dünyanýn ləzzəti sənə qalacaq,
O zaman yaþamaq gözəl olacaq.

Əflatun, Haqq ilə coþub-çaðlasan,
Həqiqət yolunda sinə daðlasan,
Gözəl diləklərə könül baðlasan,
Ýçinə bir sevgi, istək dolacaq,
O zaman yaþamaq gözəl olacaq.
Sosyal Medyada Paylaşın:



(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.