2
Yorum
2
Beğeni
5,0
Puan
1200
Okunma
Bilməzsən
Hörmət,ləyaqəti olmayan kəsə
Salam da verilməz!Niyə?Bilməzsən.
Səndən üz çevirib uzaq gedərlər,
Eyham,işarətlər nəyə?Bilməzsən.
Daldada,bucaqda min söz söylədin,
Mərdi qova-qova namərd eylədin,
Seyid barmağıyla ilan ovladın,
Gədasan,üzə söz deyə bilməzsən.
Üsuli-idarən fitnə-fəsaddır,
"Kadron" çox piyada,başdan kasaddır,
"İki vur iki dörd",böyük savaddır?,
Ulaq,qatır deyil,döyə bilməzsən!
İşçini özünə bir alət gördün,
Feyli-riya əkdin,rəzalət dərdin,
İtlərə ot qoydun,ata ət verdin,
Tülküsən bu işi guya bilməzsən.
Səhli-Sımbat,İbni-Bəis olmusan,
Ərlikdən uzaqsan dəyyus olmusan,
Çox kişi çörəynə bais olmusan,
Ərdəmlik bir mərdlik,ayə,...bilməzsən!
Söyüdsən öküzə samı olarsan,
Əyri çəlik kimi maca yarasan,
Elli dəmir-polad et nə bacarsan,
Bakırsan poladı əyə bilməzsən.
5.0
100% (3)