Fədakar Müəllim
67 şiiri kayıtlı

ÇƏK,QARDAŞ...

Fədakar Müəllim
  5,0 / 10 kişi ·11 beğenme · 9 yorum · 1207 okunma
ÇƏK,QARDAŞ...

ÇƏK,QARDAŞ...


Bir eli boranda,qarda çəkəcəm,
Bir eli baharda,varda çəkəcəm.
(HUŞENG CƏFƏRİ)

ÇƏK,QARDAŞ.
O şəkli çəkdiyin əlinə qurban,
Mən türkəm dediyin dilinə qurban.
O həsrət qoxulu gülünə qurban,
Gülü də tikanda, xarda çək,qardaş,
Gah burda,gah da ki orda çək,qardaş.

Dərdimi çək,qardaş,dərdimi yarat,
Dərdini dərdimə,nisgilimə qat.
Nə olar,bu yatmış milləti oyat,
Millətin yoxluğun varda çək,qardaş,
Gah burda,gah da ki orda çək,qardaş.

Qəlbimi tən bölən Arazı çək sən,
Məni bu durumdan narazı çək sən.
Səsimdə yanğılı avazı çək sən,
Həm bəmdə,həm zildə-tarda çək,qardaş,
Gah burda,gah da ki orda çək,qardaş.

Bir ağzı tikili,aça bilməyən,
Ocağı bir zərrə saça bilməyən,
Bu taydan o taya uça bilməyən
Bir quşu asılmış,darda çək,qardaş,
Gah burda,gah da ki orda çək,qardaş.

Qurumur,bitməyir gözümün yaşı,
Basmışam qəlbimə bir ağır daşı.
Bilmədim,tez gəldi ömrümün qışı,
Könlümün baharın qarda çək,qardaş,
Gah burda,gah da ki orda çək,qardaş.

Qalmışam min arzu,dilək içində,
Sovrulub gedirəm külək içində.
Mən nə saxlayıram ürək içində
Görməkçün qəlbimi yar da çək,qardaş.
Gah burda,gah da ki orda çək,qardaş.

Bir qəlbi qan verən yaralı gəl çək,
Bir ağac yarpağı saralı gəl çək.
Fədanı yurdundan aralı gəl çək,
Günümü-gecəmi zarda çək,qardaş,
Gah burda,gah da ki orda çək,qardaş.

Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
ÇƏK,QARDAŞ... şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

ÇƏK,QARDAŞ... şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
, 5 puan verdi
7 Şubat 2016 Pazar 05:44:25
yürek sesiniz hiç susmasın hocam azeri lehcli nefis bir eserdi nicelerine inşaallah
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiFədakar Müəllim , şiirin sahibi
15 Şubat 2016 Pazartesi 16:46:51
Təşəkkür edirəm,Elif xanım.Oxuyan gözləriniz yorulmasın.Saygılar.
, 5 puan verdi
31 Ocak 2016 Pazar 23:01:55
Kutladım değerli kalemini ve eserini
Gönlüne ömrüne bereket
Allaha emanet olasın, sağlıcakla kalasın
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiFədakar Müəllim , şiirin sahibi
5 Şubat 2016 Cuma 15:29:32
Təşəkkür edirəm,əfəndim.Çox sağ olun gözəl sözlərinizə görə.Salam və saygılar.
, 5 puan verdi
31 Ocak 2016 Pazar 14:58:31
Qelemin susmasın qardaş çok içtendi dizeler keyif aldım gurur duydum oxuyanda
Kalemin susmasın
________________________________Selamlar
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiFədakar Müəllim , şiirin sahibi
31 Ocak 2016 Pazar 18:43:44
Aleykümesalam,Işık bəy.Təşəkkür edirəm gözəl sözlərinizə görə.Bu şeiri Güney Azərbaycandan olan qardaşımız Huşeng bəyin "Şəkil" şeirinin təsiri ilə yazdım...Çox gözəl yazıb qardaşımız...Youtubedə öz ifasında var...Dinləməyinizi istərdim.

www.youtube.com/watch?v=zqKYrvh4pCw
, 5 puan verdi
30 Ocak 2016 Cumartesi 10:05:39
Yürek sesin daim olsun.
Tekrar tekrar okuyarak beğendim.
.......................... Saygı ve Selamlar...
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiFədakar Müəllim , şiirin sahibi
31 Ocak 2016 Pazar 18:45:06
Aleykimesalam,hocam.Minnətdaram gözəl sözlərinizə görə.Saygılar.
29 Ocak 2016 Cuma 22:18:33
Qurumur,bitməyir gözümün yaşı,
Basmışam qəlbimə bir ağır daşı.
Bilmədim,tez gəldi ömrümün qışı,
Könlümün baharın qarda çək,qardaş,
Gah burda,gah da ki orda çək,qardaş.
Yüreğine sağlık dost kalem. Binlerce selam ve tonlarca sevgi Andırın dan.
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiFədakar Müəllim , şiirin sahibi
31 Ocak 2016 Pazar 18:46:45
Əleykiməsalam,şair bacım.Bəyənən ürəyiniz var olsun.Təşəkkür edirəm.Azərbaycandan qucaq dolusu salamlar.
, 5 puan verdi
29 Ocak 2016 Cuma 12:02:00
yüreğine sağlık içimizi bir hoş ettin var ol sağ ol kal esenlik içinde...
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiFədakar Müəllim , şiirin sahibi
31 Ocak 2016 Pazar 18:48:39
Təşəkkürlər,hocam.Daim xoş duyğular nəsibiniz olsun.Salam və saygılarımla hoşçakalın.
, 5 puan verdi
29 Ocak 2016 Cuma 00:47:21
duygulu ve harıka bir şiir okudum
yürek sesiniz var olsun hocam
___________________________ sonsuz selamlarımla
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiFədakar Müəllim , şiirin sahibi
31 Ocak 2016 Pazar 18:49:46
Əleykiməsalam,əfəndim.Çox sağ olun.Bəyənən ürəyiniz var olsun.Saygılar.
29 Ocak 2016 Cuma 00:22:57
diline kurban be üstadım...güzel bir şiir okudum
duygu yüklü, anlam dolu müstesna dizelerdi.
tebrikler ve selamlarımla.
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiFədakar Müəllim , şiirin sahibi
31 Ocak 2016 Pazar 18:51:53
Əleykiməsalam,hocam.Bəyənən ürəyiniz var olsun.Gözəl günləriniz çox olsun.Allah sizi qorusun.Saygılar.
, 5 puan verdi
29 Ocak 2016 Cuma 00:14:05
Qalmışam min arzu,dilək içində,
Sovrulub gedirəm külək içində.
Mən nə saxlayıram ürək içində
Görməkçün qəlbimi yar da çək,qardaş.
Gah burda,gah da ki orda çək,qardaş.
QELEMİNİZE SAĞLIQ FEDAKAR MÜELLİM.SALAMLAR.
Bu yoruma 1 cevap yazılmış.
Şiirin sahibiFədakar Müəllim , şiirin sahibi
31 Ocak 2016 Pazar 18:53:18
Əleykiməsalam,Səma xanım.Çox sağ olun gözəl sözlərinizə görə.
Salam və saygılarımla salamat qalın.
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.