5
Yorum
7
Beğeni
5,0
Puan
1243
Okunma

Gözlərim yollarda, qulağım səsdə,
Ürəyim çırpınır, sanki qəfəsdə.
İstərəm ki, gələ axır nəfəsdə
Qəlbimi sevgilə dağlayan gözəl,
Ömrümü ömrünə bağlayan gözəl.
Getmir yaddaşımdan onun xəyalı,
Dolanıb gəzirəm yalqız mahalı.
Nə vaxtdır düşübdür məndən aralı
Mənimlə bir gülüb, ağlayan gözəl,
Ömrümü ömrünə bağlayan gözəl.
Nolaydı, çataydıq biz də vüsala,
Əlim yetişəydi o gül camala.
Yenə bürünəydi yaşıla, ala
Məni intizarda saxlayan gözəl,
Ömrümü ömrünə bağlayan gözəl.
Yetər ürəyimi dağladı hicran,
Yolunda özümü eylədim qurban.
Gəlib yaradaydı görüşə imkan
Fədanı silahsız ovlayan gözəl,
Ömrümü ömrünə bağlayan gözəl.
5.0
100% (6)