0
Yorum
0
Beğeni
0,0
Puan
961
Okunma
("xatirələr sokağı" ndan)
Salmır köhlənimi daşa,kəsəyə,
Bilir məhəbbət də qocalmaq
nədir.
Bilir çırağımın yağı qurtarıb,
Külək də,yağmur da bir
bəhanədir.
Bilir günahını cavanlığımın,
İndi utandırıb tövbəyə çəkir.
Gündüzlər tovlayıb qatır başımı,
Geçələr küsdürüb növbəyə çəkir.
Bilir ki,girdədir dünyam
başından,
Tərpətdin yerində dayanan deyil.
Bu yaşın həvəsi nənəm kimidir-
Yatdı mı top atsan oyanan deyil.
Ah,bilsən nə şeylər keçir
könlümdən?!
Ah,bilsən nə şeylər keçir
könlümdən,
Fələk ilığımı hələ vurmamış.
Yaşamaq,yaşamaq ,yenə
yaşamaq
Həyat köhlənimi selə vurmamış...
Bir çimdik duz alıb yarama
səpim,
Yatmayım,gözləy im alma
dərəni.
Keçim əlli yaşın dar cığırından,
Duman bürüməmiş bəndi,bərəni.
Köçüm,xəyal qurum ağ çadırlara,
Bir pəri misalı qızı gözləyim.
Bu qış alammadım umduqlarımı,
Uyuyub baharı,yazı gözləyim.
Eşqin yandıranı,söndü rəni var,
Alışan o olsun,sönən mən olum.
Yüz dəfə gecələr durub başına
Dolanan mən olum,dönən mən
olum.
Bəlkə də,hardasa təşnədi könül,
Bəlkə də,hardasa yanır dodaqlar.
Gecə pıçıldayıb dediklərini,
Gündüz həya edib danır
dodaqlar.
Təsəlli arayır gördüklərindən.
Orda bir ümid var-hara göz
baxır.
Bəlkə də, hardasa arxamca dalğın
Bir çüt öpülməmiş qara göz
baxır.
Diksinib ayılır duyğularım,bəs
Demə,duyduqları m xoş
xəyalıymış.
Verdiyim ömrümün gənclik illəri,
Aldığım bir ovuc boş xəyalıymış.