5
Yorum
7
Beğeni
5,0
Puan
1423
Okunma

Yad əldə,dağım,düzüm,
Gecə olub gündüzüm.
Yadın keçir min səhvi,
Mənim keçmir bir düzüm.
Bir güldü eldə Şuşa,
Şirin söz dildə Şuşa.
Ürəyim parça-parça,
Qalıb yad əldə Şuşa.
Dağı,düzü keçərik,
Suyundan da içərik.
Bir gün o gün olar ki,
LAÇINA da köçərik.
Vətən əsir qalmasın,
Gözüm yaşla dolmasın.
Vətənə xidmət edək,
Bir gülü də solmasın.
Dağlardan enək gələk,
Susmayaq,dinək gələk.
Şuşaya,Xocalıya
Düşməni yenək gələk.
Yurdum canım,bədənim,
Sevməyə tək nədənim.
Həyatım,ömrüm bitər,
Əldən getsə Vətənim.
Oda qalandı Şuşa,
Qana bulandı Şuşa.
Daş daş üstdə qalmadı,
Yaman talandı Şuşa.
Bir güldür,solmaz Laçın,
Əsirdə qalmaz Laçın.
Mənim doğma elimdir,
Haya yurd olmaz Laçın.
Yurdum oda qalandı,
Bu dərd qəlbdə qalandı.
Daş daş üstdə qalmadı,
Vətən yaman talandı.
Gözüm çeşmə,çağlayır,
El halıma ağlayır.
Vətən əldən gedəni
Nənəm qara bağlayır.
Nəyim vardı çaldılar,
Ruhu candan aldılar.
Vətənimi qəsb edib,
Məni dərdə saldılar.
Əzizinəm baş-başa,
Gözüm dolubdu yaşa.
Yatammıram,yuxum yox,
Yuxuma girir Şuşa.
*
Vətənim ürəyimdir,
Hər arzum,diləyimdir.
Son nəfəsdə,son anda,
Qarabağ gərəyimdir.
ŞUŞA,LAÇIN,XOCALI-işqal altında qalan Azərbaycan şəhərləri.
5.0
100% (8)