0
Yorum
1
Beğeni
5,0
Puan
1283
Okunma
Ömrümün oyunu,oyuncağıd ır,
Ölümü əlimdə oynadıram mən.
Əzab da, ləzzət də doğmadır
mənə,
Töküb bir qazana qaynadıram
mən.
Elə yaşdayam ki,işim gücüm çox,
Neyləsəm arxamda izlərim qalır.
Gündüz unutduğum oyunlarımı
Gecə ağrılarım yadıma salır.
Hər geçən saatım qorxu,təlaşdı-
Dilimdə inilti,qulağımd a səs.
Düzülür qarşıma oyuncaqlarım
Gedib gəlməyəndə dalbadal nəfəs.
Bəzən fal açıram oyunlarıma,
Hər zaman sonunu zülüm
görürəm.
Əlimin dalını yerə qoyanda
Əlimin içində ölüm görürəm.
Bəlkə qaybedərsən bulduqlarını
Qədərə oynasan,baxta oynasan.
Həm həyat,həm ölüm göz gözə
durub,
Bitərsən bir anda saxta oynasan...
Ömrümün oyunu,oyuncağıd ır,
Ölümü qoynuma alıb yatıram.
O qədər yaxınıq,həsbı halıq ki,
Qolumu boynuna salıb yatıram.
Ölümü qoynuma alıb yatıram.
*
5.0
100% (1)