2
Yorum
2
Beğeni
5,0
Puan
815
Okunma
YALANLARA GƏL İNANMA
Insanoğlu, uydurduğu
Yalanların peşindədir.
Ona görə məzlumları,
Zalımların dişindədir.
Uydurduğu yalanlara
Inancından dayanmayır.
Min illərdir əzilsədə,
Qəflətindən oyanmayır.
Nə qədər ki,bu yalanlar
Ayaq tutub yeriyəcək,
Insan oğlu od üstündə
Qovrulacaq, əriyəcək.
Dur deməyin vaxtı catıb,
Yalanlara gəl inanma.
Əzilmisən yana-yana
Insanoğlu, daha yanma.
5.0
100% (2)