2
Yorum
1
Beğeni
5,0
Puan
1180
Okunma
Gözünə yaş olum mu,
Üstündə qaş olum mu,
Məndən sevgili çıxmaz,
Sənə qardaş olum mu.
Ağacım var,barım yox,
Çiçəyim var arım yox,
Gönlümə toy düşübdü,
Üzüyüm var,yarım yox.
Qoz əkdim haça çıxdı,
Böyründən beçə çıxdı,
Daş atdım biri düşdü,
Baxtıma puça çıxdı.
Kolundan dər gülümü,
Qırmızı,tər gülümü,
Duydum ki,yarım gəlir,
Yoluna sər gülümü.
Üfüqlər sapsaraldı,
Gün batdı,qaş qaraldı,
Özlədim, yar gəlmədi,
Gönlüm yeri daraldı.
5.0
100% (1)