1
Yorum
2
Beğeni
5,0
Puan
802
Okunma
KƏRƏMİN DİNİNDƏ GƏL SƏN
Məhəbbət bağına gəlmək istəsən.
Xoruzun birinci banında gəl sən.
Köksündə qalayıb eşqin odunu,
Bir mələk ruhlunun donunda gəl sən.
Bir şeyda bülbül tək gülləri dindir,
Bu cənnət bağında bir atəş yandır,
Aşiqin eşqinin odunu söndür,
Xan oğlu kərəmin dinində gəl sən.
Aşiqin cəfası canında gərək,
Eşqin ifdadəsi qanında gərək,
Divanə zənciri yanında gərək.
Eşq quran ordunun önündə gəl sən.
Coculu der, hicran dəmi çox olur,
Sevənlərin işi-gücü ah olur,
Həqiqi aşiqin gözü tox olur.
Demirəm məcnunun günündə gəl sən.
5.0
100% (2)