1
Yorum
0
Beğeni
5,0
Puan
1184
Okunma
Qərib, kimsəsiz məzar...
Yağmurların yaladığı,
Aram-aram, ağır-ağır
qəm-qüssəli küləklərin
torpağını daradığı,
Yetim məzar!
Torpaqlara gömülmüş sən,
görən kimsən?
Sevdiyinin yollarını gözləyərək
açıb önə qollarını
gözlərini qapayan
gözəlmisən, yarmısan?
Soyuq məzar, karmısan?
Kimi uddun?
Kimi aldın dünyadan?
"Oğul" - deyib Əzrayıla
canın verən anamısan?
Sən, ey məzar,
mənim kimi
neçə ürək qalamısan?
Bəlkə sən də
mənim kimi bir əsgərsən?
Burda durub həsrət ilə
Evə dönmək istəyirsən.
5.0
100% (2)