2
Yorum
1
Beğeni
5,0
Puan
680
Okunma
Ağzında dilə dönüm,
Saçında gülə dönüm,
Yak məni atəşinə
Alışım külə dönüm.
Nə söylədin qarama,
Tuzu səpdin yarama,
Səndən küsüb gedirəm,
Daha məni arama.
A qız,yükün elmadı,
Başındakı çalmadı,
Kim öpdü,alıb getdi,
Mənə biri qalmadı.
Saxlamışam samanı,
Bəlki gələ zamanı,
Yarım geçən yolların
Eksılməyir dumanı.
Gözünü sil,ağlama,
Ayıpdı gül,ağlama,
Dönər bir gün gedənin,
Səbr et gönül,ağlama.
5.0
100% (2)