1
Yorum
1
Beğeni
0,0
Puan
935
Okunma
Əl uzatdım rüzgarlara,
Aparsınlar nazlı yara,
Yollar uzak,mən avara...
Bir az duman,bir az qardı,
Allah.bu nə dərd,azardı.
Sordum gəlib gedənləri,
Yolu bilib gedənləri,
Vaxtsız ölub gedənləri...
Bu gün olən dünən vardı,
Allah,bu nə dərd,azardı.
Yürüyər,heydən can düşər,
Tükürsən yerə qan düşər,
Kimin aşiğı xan düsər,
Kimi mənim kimi zardı,
Allah,bu nə dərd,azardı.
Dünya gözəlmiş,bilmədim,
Uman göz,əlmiş,bilmədim,
Haçan düzəlmiş,bilmədim...
Hələ ki,başıma dardı,
Allah,bu nə dərd,azardı.
Sevdim,sevənlər incidi,
Gəzdim,çəmənlər incidi,
Öldüm,gömənlər incidi...
Toprak da məndən bezardı,
Allah,bu nə dərd,azardı.