2
Yorum
0
Beğeni
5,0
Puan
1600
Okunma
Gözəllər
Libasını dümqara, düz, dar geyər,
Alqırmızı, dümağ, bəyaz qar geyər,
Gah naxışlı, gah narıncı, nar geyər,
Başdan - başa tamaşadı gözəllər.
Tellər qara, kiprik qara, qaş qara,
Sinə dümağ, onda qoşa nar, bara
Elə bil ki, qar yağıbdı Qoşqara,
Başdan - başa tamaşadı gözəllər.
Hörüklər burular eşmələr kimi,
Gözləri qaynayar çeşmələr kimi,
Göz yaşı dumduru gölmələr kimi,
Başdan - başa tamaşadı gözəllər.
Bəzənib – düzənər, xınalı əllər,
Boynu boyunbağlı, ləçəyi ləllər,
Alabəzək, alqumaş da geyərlər,
Başdan - başa tamaşadı gözəllər.
Əsli – nəcabəti nəsildən bəllər,
Gözəlləri gözəl seçər, göz əllər,
Sizlik nə var burda ayıb, ay əllər?
Başdan - başa tamaşadı gözəllər.
Qumralsaçlı, dil – dil ötən qumrudu,
Yanaqları yupyumşaqdı, yumrudu,
Hüseyn, hüsnü təmiz, safdı, durudu,
Başdan - başa tamaşadı gözəllər.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
16.01.2013-cü il
5.0
100% (1)