3
Yorum
2
Beğeni
5,0
Puan
833
Okunma
Mənim saydan xoşum gəlmir,
Sayanlardan xoşum gəlir.
Hakkı gerçək iman bilib
Duyanlardan xoşum gəlir.
Qaş oynatmaz göz yerinə,
Əyri taxmaz düz yerinə,
Yıxılanı öz yerinə
Qoyanlardan xoşum gəlir.
Özgə ürək,özgə sinə,
Özgə deməz öz kəsinə,
Özü yeyib özgəsinə
Qıyanlardan xoşum gəlir.
Su göllənər,çatar çarxa,
Gəlmiş,bir də gələr arxa,
Yara sadiq,dosta arxa,
Hayanlardan xoşum gəlir.
Nurdu şəmsü-hilalına,
Düşər əqlü-kamalına,
Bircə qismət halalına
Doyanlardan xoşum gəlir.
xoşu gəlmək-hoşlanmak
sayanlar-sayğı gösterenler
sinə-göğüs
göllənmək-dolmak
şəmşu hilal-güneş,mehtab
bircə qismət-bir lokma
*
5.0
100% (3)