1
Yorum
1
Beğeni
5,0
Puan
693
Okunma
Yar gönlünü alammıram,
Alıb yola salammıram,
Daha səni çalammıram,
Bağışla sazım,bağışla.
Ömür geçir varaq varaq,
Bu son səfər,bu son duraq,
Yorulmuşam,köyüm iraq,
Bağışla dizim,bağışla.
Duman gəldi,yolu azdım,
Günahı qədərə yazdım,
Elə dedim,belə yazdım,
Bağışla sözüm,bağışla.
Canı zillətə buraxdım,
Gönlü ülfətə buraxdım,
Səni zülmətə buraxdım,
Bağışla gözüm,bağışla.
Sevəməm ki,bir baxışda,
Buta cizməm hər naxışda,
Bitdin qaldın yoryoxuşda,
Bağışla izim,bağışla.
Doymuşam candan,doymuşam,
Ömrü gözündən oymuşam,
Səni babasız qoymuşam,
Bağışla qızım, bağışla.
*
bağışla-affet
səfər-yolçuluk
iraq-uzak
azmaq-şaşırmak
günah-suç
qədər-kader
elə-öyle
belə-böyle
buta-nahış türü
5.0
100% (1)