2
Yorum
0
Beğeni
5,0
Puan
875
Okunma
Bir məni ağdama aparın dedin:
-Ağdamın yolları bağlıdır Dədə.
Bu da son arzundur, qaldı gözündə,
Yurdumun sinəsi dağlıdır Dədə.
Ağdamın yolları bağlıdır Dədə.
Millətim nə qəqədər olsa da mətin,
Atlanıb savaşa girmək də çətin,
Arxamız varmıdır erməni təkin,
Düşmənin arxası yağlıdır Dədə.
Ağdamın yolları bağlıdır Dədə.
Talenin hökmündən qaça bilmirik,
ATƏT-in sözündən keçə bilmirik,
Ağdamın yolunu aça bilmirik,
Yol kəsən bir azca bığlıdır Dədə.
Ağdamın yolları bağlıdır Dədə.
Ya Şəhid, ya Qazi olaq deyirik,
Torpağı düşməndən alaq deyirik,
Olmasın tarixə calaq deyirik,
Millət Bozqurdunmu oğludur Dədə?
Ağdamın yolları bağlıdır Dədə.
5.0
100% (1)