1
Yorum
3
Beğeni
5,0
Puan
983
Okunma
Canımı ağrıtma,gönül,
Mən daha sənin deyiləm.
Cəhənnəmdə atəşinəm,
Cənnətdə dənin deyiləm,
Mən daha sənin deyiləm.
.
Dilimi dincə qoymuşam,
Eşqimi güncə qoymuşam,
Doymuşam,səndən doymuşam,
İmanın,dinin deyiləm,
Mən daha sənin deyiləm.
.
Yağmur olsan yağ başıma,
Al şişəmi çal daşına,
Çəkmə məni dağ başına,
Dumanın,çənin deyiləm,
Mən daha sənin deyiləm.
.
Qəlbimi yataq eyləmə,
Suçuna ortaq eyləmə,
Yetər artıq,ağ eyləmə,
Gəlib gedənin deyiləm
Mən daha sənin deyiləm.
cənnətdə dən-cenetde Adem ve Hevvanın yediyi şey
künc-köşe
çən-sis
ağ eyləmə-haddini aşma
gəlib gedən-ziyaretçi,misafir
5.0
100% (3)