Para, gübre gibi etrafa yayılmazsa işe yaramaz. baco
Vahid Sabah
Vahid Sabah

ŞAİR ÖLMƏ,YAŞA HƏLƏ

Yorum

ŞAİR ÖLMƏ,YAŞA HƏLƏ

( 1 kişi )

3

Yorum

1

Beğeni

5,0

Puan

1310

Okunma

ŞAİR ÖLMƏ,YAŞA HƏLƏ


Dünya indi gözəlləşir,
Şair ölmə,yaşa hələ.
Aşk gönüldən aşıb daşır,
Şair ölmə,yaşa hələ.

Sözlərin məlhəmdi,meydi,
Dodaqlarda çalan neydi,
Yaşamaq nə olan şeydi,
Şair ölmə,yaşa hələ.

Dünya dar qəfəsdi sənə,
Saraylar məhbəsdi sənə,
Kim deyir ki,bəsdi sənə,
Şair ölmə,yaşa hələ.

Çölün qışdı,için yazdı,
Kağızlar hələ bəyazdı,
Yüz il ömür sənə azdı,
Şair ölmə,yaşa hələ.

Haqqı bulmaq sənə qalmış,
Bulub almaq sənə qalmış,
Tanrı olmaq sənə qalmış,
Şair ölmə,yaşa hələ.

Söz qananın dədəsi-sən,
Türkün Qorqud Dədəsisən,
Gəldin,bir gün gedəsisən,
Şair ölmə,yaşa hələ.

Ümid orda-uzaqdadı,
Həzin bir səs qulaqdadı,
Mutlu günlər qabaqdadı,
Şair ölmə,yaşa hələ.
*
hələ-hala
məlhəm-ilaç
ney-nefes enstrümanı
bəs olmaq-yeterince
söz qanan-anlayan
səs-ün
qabaqda-ileride,yarınlarda

Paylaş:
1 Beğeni
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Şair ölmƏ,yaşa hƏlƏ Şiirine Yorum Yap
Okuduğunuz Şair ölmƏ,yaşa hƏlƏ şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
ŞAİR ÖLMƏ,YAŞA HƏLƏ şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
huseyn
huseyn, @huseyn
3.1.2013 14:31:40
Şair, yaşa hələ

(Şair Vahid Sabahın “Şair ölmə,
yaşa hələ” şeirinə qarşılıqlı)

Nə qədər ki, saçlarına
Adda-budda dən düşməyib,
Nə qədər ki, üz - gözünə
Çöysüyübən çən çökməyib,
Ölmək nədi, yaşa hələ!

Bu dünya bir nağıl, yazdı,
Bir gözəldi işvə, nazdı,
Kam alarsan kaman, sazdı,
Yaşamağa yüz il azdı,
Azar görmə, yaşa hələ!

Nuh əyyamdan belə gəlib,
Torpaq udub, canlar gedib,
Xadim, xain, xanlar gedib,
Gedənlərə kim nə edib?
Elə demə, yaşa hələ!

Söz qananın qadasını
Qana – qana özüm allam.
Qanmazların köksü üstə
Köz basaram, kül, od sallam.
Qadan alım, yaşa hələ!

Deyirsən dünya qəfəsdi,
Gələn, gedən can, nəfəsdi,
Dirigözlü öldük, bəsdi,
Əndişə, təlaş əbəsdi,
Vahid yarat, yaşa hələ!

Nə qədər ki, atdığın ox
Toxunmayıb daşa hələ,
Nə qədər ki, meyil quşun
Qonub kamanqaşa hələ,
Şair ölmə, yaşa hələ!
~~~~~~~~~~~~~~~~~~~~~
03.01.2013-cü il
Işık  Mehmetali
Işık Mehmetali, @isikmehmetali
27.12.2012 19:01:21
ŞAİR ÖLMƏ,YAŞA HƏLƏ

********
Dünya indi gözəlləşir,
Şair ölmə,yaşa hələ.
Aşk gönüldən aşıb daşır,
Şair ölmə,yaşa hələ.
*
Sözlərin məlhəmdi,meydi,
Dodaqlarda çalan neydi,
Yaşamaq nə olan şeydi,
Şair ölmə,yaşa hələ.
*
Dünya dar qəfəsdi sənə,
Saraylar məhbəsdi sənə,
Kim deyir ki,bəsdi sənə,
Şair ölmə,yaşa hələ.
*
Çölün qışdı,için yazdı,
Kağızlar hələ bəyazdı,
Yüz il ömür sənə azdı,
Şair ölmə,yaşa hələ.
*
Haqqı bulmaq sənə qalmış,
Bulub almaq sənə qalmış,
Tanrı olmaq sənə qalmış,
Şair ölmə,yaşa hələ.
*
Söz qananın dədəsi-sən,
Türkün Qorqud Dədəsisən,
Gəldin,bir gün gedəsisən,
Şair ölmə,yaşa hələ.
*
Ümid orda-uzaqdadı,
Həzin bir səs qulaqdadı,
Mutlu günlər qabaqdadı,
Şair ölmə,yaşa hələ.
***
hələ-hala
məlhəm-ilaç
ney-nefes enstrümanı
bəs olmaq-yeterince
söz qanan-anlayan
səs-ün
qabaqda-ileride,yarınlarda




Sende çok yaşa şair...........
Yüreğin kalemin var olsun......
Saygılar........
ö.ç.m
ö.ç.m, @o-c-m
27.12.2012 15:12:23
Söz qananın dədəsi-sən,
Türkün Qorqud Dədəsisən,
Gəldin,bir gün gedəsisən,
Şair ölmə,yaşa hələ.

Bunları yazan şaire Günü Şairi payesinin verilmesi gerekir. Tebrik ediyorum.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL