2
Yorum
1
Beğeni
5,0
Puan
1015
Okunma
Heç görmədin
Dünya dəniz, dərya, ada,
Riyakardı bu dünya da,
Fələk atlı, mən piyada,
Ala tərkinə, apara.
Qada, qandan qaça - qaça
Dönmüşəm qasid, çapara.
Qəlbim qəmdən parça-para,
Çap sinəmi, orda ara.
Ah çəkənə Ay da qara,
Yaz da qara, yay da qara,
Bu gün geyinmisən qara,
Səyahət, səfərin hara?
Ayaq hara, baş da ora,
Asta - asta gedir gora,
Göz yaşların acı, qora,
Şah könlün dönüb şahmara.
Bu dünyanın qəzəbindən,
O dünyanın əzabından,
Heç görmədin ay Hüseyin,
Canlı olan can qurtara.
~~~~~~~~~~~~~~~~~~~
25.12.2012-ci il
5.0
100% (1)