0
Yorum
0
Beğeni
5,0
Puan
1044
Okunma
...Yağış yağır pəncərəmə
aram-aram,
Yağış yağır;
mən baxıram.
Baxıram lap uzaqlara...
Parça-parça,para-para
buludların
rəngi qara.
Zirvələrin şiş ucları
dəlir deşir buludları.
Bir yol qaçır
arxasınca buludların.
Bir yuyumluq
suya möhtac.
Təkərlərin,təpiklərin,
üfunətli ləpirlərin
ucbatından gözünəcən
toz içində.
Ac-yalavac yalquzaq tək
sanki,qaçır ov dalınca.
Sağı zəmi,solu yonca.
Zəmilər də,yoncalar da
əl eyləyir
buludların arxasınca.
Bircə qurtum sudan ötrü
boğaz çəkir buludlara.
İnsaf hara,mürüvət hara...
Daha heç kim
öz varından bir qırıq da
bağışlamır umanlara.
Daha heç kim
verdiyini ala bilmir,
aldığını verə bilmir.
Hamı,hər kəs
bir sabahın ümidində-
Bəlkə sabah ala bildim.
Bəlkə sabah qaytardılar.
İşıq ucu,ümidmi var?
Məchul-məchul
sabahların
arxasınca sürünürük
uma-uma,küsə-küsə,
umanların yolu uzun,
verənlərin yolu kəsə..
...Yağış yağır pəncərəmə,
yağış yağır aram-aram,
qayğılıyam,nigaranam.
Başım min cür fikirlərlə
qalam-qalam
mən sabahın
ümüdilə yuxularam.
yağış-yağmur
aram-aram--yavaş
təkər-lastik
ləpir-iz
yalquzaq-yalnız kurt
yuxulamaq-uyumak
5.0
100% (1)