3
Yorum
2
Beğeni
5,0
Puan
1000
Okunma
Bir yol var ki,nə yaxın,nə uzaqdı,
Gedənləri gedər,gedər,yorulmaz.
Yolçuları dönüb gəlmir,nə vaxtdı,
Ya qocadı,ya cavandı,sorulmaz.
Bu yol mənim gözlərimdən uzanır,
İki nəfəs boyu vardı bu yolun.
Tələsməyib gecikənlər qazanır,
Yixilana eni dardı bu yolun.
Gedəmmirəm,göydən yerə daş
gəlir,
Tutun məni küləklərə sarıyın.
Hər addımda yaş üstünə yaş gəlir,
Məni yolun axırında arayın.
5.0
100% (4)