3
Yorum
2
Beğeni
5,0
Puan
888
Okunma
Bu yolun yanı biyaban,
Küləkləri qan qoxuyur.
Dünyası xaraba qalıb,
Bu yolda bayquş oxuyur.
Qəndim yox,atım ağzına,
Kimim var ki,aparası.
Bir başım var,dərd əlində,
Bir dilim var,qoparası...
Şeytandı,düşüb izimə,
Əlindən qaça bilmirəm.
Mələklərin ətəyindən
Sallanıb,uça bilmirəm.
Ayağıma çarıq taxma,
Tək,günahkar mən deyiləm.
Çağirma,ay tanrı qulu,
Onsuz da dönən deyiləm.
*
qənd-şeker,tatlı
çarıq-ayak geysileri,çizme kibi
5.0
100% (3)