2
Yorum
1
Beğeni
5,0
Puan
894
Okunma
(silsilə şeirlər)
Bizim yolların kənarlarına ya daş
düzərlər,ya da daş kimi...adamları.
Bu daşı yola kim qoyub,
Bu daş mənə dəyən daşdı.
Dədəmin başı ucuna
Qoyduğum daşa qardaşdı.
Kimsə götürmür yerindən,
Geçən üstündən atlanır.
Bəlkə...mən götürüm atım.
Atırsam,dizim qatlanır.
Göy salıb-günü doğanda,
Dişinin dibindən düşüb.
Bizi aldadıb qaçanda
Tanrının cibindən düşüb.
Bu daş yolun pərsəngidi,
Götürürsəm,əyilirəm.
Bu daşın yiyəsi yaman,
Götürmürsəm,döyülürəm.
Üzümüzün qarasıdır
Baxtdan qara rəngi daşın.
Bir gün haqqın təpiyindən
Pozulacaq dəngi daşın...
*
5.0
100% (1)