0
Yorum
0
Beğeni
0,0
Puan
786
Okunma
Səni sünbülümün dəni bilmişəm,
Ruhumun imanı,dini bilmişəm,
Özümü unudub səni bilmişəm,
Fikrimdə,ağlımda mən olmusan
sən.
Eşqin zil yerindən enən deyildim,
Hər sözə,tənəyə dinən deyildim,
Mən ki,öz yolumdan dönən
deyildim,
Yolumdan döndərən sən
olmusan,sən.
Könlümün ovqatı,dizimin giri,
Dönüb qayıdaydım azacıq geri,
Ötən günlərimin ağrılı yeri,
Saçımın telində dən olmusan sən.
Pərvanə dedilər,şama yanmadım,
Sevmir söylədilər,mən inanmadım,
Haqqı,dini dandım,səni
danmadım,
Ömrümdə hər şeyə tən olmusan
sən.
Şirin yuxudayam oyat,yola sal,
Dalımca bir ovuc su at,yola sal,
Bezmişəm,gedirəm,həyat,yola sal,
Yollarımda duman,çən olmusan
sən,