2
Yorum
2
Beğeni
5,0
Puan
1105
Okunma
Yoxluğunu kim biləcək
bu dünyada məndən başqa,
Yaddaşımda nə qaldı ki,
saçındakı dəndən başqa,
O günlərə salam olsun
sən öldüyün gündən başqa.
Tabutuna çiyin verib
ağlayıram yana-yana-
-Qayıt ana,qyıt ana !
Vüsalından doymadım ki,
xəyalından necə doyum.
Elə uca yerdəsən ki,
yetmir əlim,çatmır boyum.
Cansız,arıq əllərini
öpüm,gözüm üstə qoyum.
Necə dözüm ayrılığa,
necə dözüm bu hicrana-
-Qayıt ana,qayıt ana
qoy başımı dizin üstə
bır lay-lay de,oxşa yenə,
O ağarmış saçlarını
sığallayım dönə-dönə.
Qiymətini bilmədim ki.
Yazıq mənə,ayıb mənə.
Biləmmədim bilə-bilə,
biləmmədim qana-qana,
-Qayıt ana,qayıt ana !
Yavanlığı mənə verdin,
nə yedinsə yavan yedin,
Azarladım,xəstələndim
sən özünü qurban dedin.
Harayıma,xitabıma
neçə kərə can-can dedin.
Kaş dönəydi zaman geri
qayıdaydıq o dövrana.
-Ana,ana,qayıt ana !!!
5.0
100% (2)